09.06.2025, 02:53
AZ EN
26.12.2022, 11:00 375

Ədalət Verdiyev: “Konkret müddət məhdudiyyəti tətbiq etməliyik”

XƏBƏRLƏR
  • Ermənistanın  döyülməyə vərdiş etmiş günüqara xarici işlər naziri A.Mirzoyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fikirlərini təkzib edərək bildirib: “Ermənistan nə 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatla, nə də digər şəkildə 8 kəndi azad edəcəyinə söz verməyib”.

Məsələ ilə bağlı fikirlərini bildirən hərbi ekspert Ədalət Verdiyev deyib ki, bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir: “Naxçıvanla maneəsiz ikitərəfli əlaqə də daxil olmaqla İrəvan tərəfindən  bir çox öhdəliklər təmin edilməyib. Qarabağdakı separatçılar arasında da hafizəsi pozulanlar hər gün artır. Odur ki, Azərbaycan olaraq birgə bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsi üçün həm məğlub, həm də zəmanətçi tərəfə konkret müddət məhdudiyyəti tətbiq etməliyik”.

Hərbi ekspertin fikrinə görə, təyin edilən müddət ərzində şərtlərin yerinə yetirilməməsi Azərbaycanın da birgə bəyanatdan imzasını geri çəkməsi ilə nəticələnə biləcəyi də əvvəlcədən elan edilməlidir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər