"Vətən səsi" xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı ekspert Aleksandr Perenciyev Paşinyanın gələn il parlament seçkisində qələbə perspektivlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan müxalifət gələnilki seçkilərdə Paşinyabı hakimiyyətdən uzaqlaşdırıla biləcəyinə dair illüziya yaradır. Lakin Ermənistan əhalisinin böyük əksəriyyəti Paşinyan əleyhidarlarının reallıqları nəzərə almadığını və illüziya yaratdığını anlayır: "Gerçəklik ondan ibarətdir ki, əhali müxalifətə etimad göstərmir. Əksinə, Paşinyanın hakimiyyətdə olduğu 8 il ərzində sadə insanlar revanşizm məsələsindən arxayınlaşıb. Uzun illər mövcud olan qondarma “Qarabağ klanı” gündəmi onları bezdirib və indi sadəcə olaraq, normal yaşamaq istəyirlər. Paşinyan sözün əsl mənasında erməni dünyasını, Ermənistanı yenidən “yükləməyə” və reallıqlara uyğun yeni səhifə açmağa çalışır. O, özündən əvvəlki hakimiyyətlərdən fərqli olaraq, “real Ermənistan” ideyasını təbliğ edir”.
Rusiyalı ekspert deyib ki, Paşinyanın yürütdüyü siyasət qonşu və region ölkələrin, o cümlədən Azərbaycanı qane edən ən yaxşı variantdır. Perenciyevin sözlərinə görə, onun ideyaları Ermənistanı həqiqətən də irəli apara biləcək yeganə yoldur: “Daha əvvəl necə deməsindən asılı olmayaraq, dinc səhifə onun hakimiyyəti altında başladı. Ermənistan Qarabağı Azərbaycanın olaraq tanıdı, sərhədlərin delimitasiyası prosesi başladı və sülh müqaviləsi razılaşdırıldı. “Qarabağ klanı” adı altında birləşərək işğalçılıq meyllərinə köklənmiş siyasətçilərin mövqeyini nəzərə alsa, belə perspektivlər mümkün idimi? Ehtimal yoxdur. Eyni zamanda inanıram ki, bir gün Ermənistan Azərbaycandan Qarabağa görə üzr istəyəcək. Bu düzgün və məntiqli olardı”.
Xatırladaq ki, Ermənistanın Baş naziri bu ilin yanvarında İcevanda keçirilən iclasda ölkəsinin inkişafı ilə bağlı əsas prioritetləri açıqlayıb. O, özünün prioritet sahələri olaraq sülh prosesini, rəqəmsallaşmanı və korrupsiyaya qarşı mübarizəni göstərib. Paşinyan “real Ermənistan” konsepsiyasını geniş izah edib və bu ideologiyanın ölkənin bütün sahələrində tətbiq olunmasının vacibliyini vurğulayıb. Həmin ideologiyanın mədəniyyət, iqtisadiyyat, sosial və xarici siyasət də daxil olmaqla, bütün sahələrə şamil edilməsi təklif olunur.
Elxan SALAHOV