Bu fikirləri Gürcüstanlı politoloqlar Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların ekoloji terrora qarşı dinc aksiyalarına, ermənilərin isə bundan növbəti təxribat yaratmaq istəklərinə münasibət bildirərkən belə deyiblər.
Simon Kopadze, Gürcüstan Politologiya və Beynəlxalq Münasibətlər Akademiyasının prezidenti: “Ermənistan qonşuları ilə münasibətləri yoluna qoymağı öyrəndiyi zaman öz qanuni olmayan maraqlarını qorumaq üçün kənarda partnor axtarmadığı vaxt regionda hər şey daha yaxşı olacaq. Ən başda da ermənilər üçün. Ordakı təbii sərvətləri talan etmək üçün ermənilər İran texnikaları gətiriblər. Sülhməramlılar Azərbaycan müşahidəçilərini ora buraxmır, monitorinq aparılmır. Bu nə Qafqazın, nə də ki, Ermənistanın maraqlarına uyğundur. Ermənilər gec-tez bilməlidirlər ki, Qarabağ məsələsi artıq həll olunub. Ermənilər yalnız sülh çərçivəsində Qarabağ ərazisində yaşaya bilərlər”.
Tenqiz Txilava, siyasi icmalçı: “Məsələ burasındadır ki, iki il əvvəl ora gətirilmiş Rusiya sülhməramlıları müəyyən şərtlərin qorunub-saxlanılmasını təmin etməli olduqları halda, bunu etmirlər. Azərbaycanlı sakinlərə də, Azərbaycandan olan rəsmilərə də hər cür mane olurlar. Mənə elə gəlir ki, bütün bunlar vaxt uzatmaqdan başqa bir şey deyil. Çünki gec, ya tez həm Rusiya, həm də Ermənistan bu vəziyyətə son verməli olacaq. Ermənistan Azərbaycan tərəfindən gələn Zəngəzur dəhlizinin açılması və bənzəri layihələrin həyata keçirilməsi təklifini qəbul edərsə, yaxşı olar. Bu, sadəcə bizim üçün yox, eyni zamanda dünya iqtisadiyyatı üçün faydalı addım olar. Ermənistan artıq qəbul etməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib”.
Levan Çxeidze, Gürcüstan Xristian Demokrat Partiyasının sədri: “Sülhməramlıların yerləşdirildiyi ərazilərdə Azərbaycanın müxtəlif monitorinqlər, xüsusən də ekoloji monitorinqlər həyata keçirməyə tam suveren haqqı var. Bu razılaşmanı Rusiya tərəfi pozur. Bu addım ilk növbədə elə Ermənistanın özünün inkişafı üçün zərərdən başqa bir şey deyil. Çünki onlar üçün heç bir faydası olmayan bir məsələ ucbatından qonşu ölkə ilə münaqişə yaradırlar. Bu gərəksiz münaqişədə Ermənistan geopolitik və iqtisadi divident itirir. Fikrimcə, Ermənistan yaxşı düşünməlidir və zamanında bu yanaşmalara dur deməlidir. Bunun əvəzinə Azərbaycan və Gürcüstan münasibətlərindən örnək götürməlidir”.
Hazırladı: Tahirə AĞAMİRZƏ