Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
S.Kərimli bildirib ki, bu aksiyalar heç də hansısa ərazini və ya əhalini blokadada saxlamaq məqsədi güdmür.
"Çünki, Qarabağ suveren Azərbaycan ərazisidir, Xankəndi və ətraf rayonlarda yaşayan etnik ermənilər də bizim vətəndaşlarımızdır.
Bütün dünya görür ki, aksiyaçılar Laçın yolundan keçmək isyətən mülki dinc vətəndaşalara, təminat maşınlarına, təcili tibbi yardım xdimətinə, humanitar yardım kalonlarına heç bir maneə törətmir. Eyni zamanda, Laçın yolunun dinc aksiyaçılar tərəfindən deyil, sülhməramlıların barrikadalar quraraq bağladığı göz önündədir. Sevindirici haldır ki, artıq dünəndən bu maneələr də götürülüb. BMT-yə gəldikdə isə, yaxşı oalr ki, bu qurum dünyada baş verən daha önəmli hadisələrə öz sərt mövqeyini bildirsin. BMT Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın 30 ilə yaxındır ki, Ermənistan tərəfindən blokadada saxlanılması məsələsini müzakirəyə çıxarsın, İrəvana təzyiqlər etsin. Ermənistan Zəngəzur dəlizinin açılmasına ciddi cəhdlə mane olmaqla Naxçıvanı hələ də blokada saxlayır. Bölgədə sülhün, təhlükəsziliyin, iqtisadi inkişafın yaranmasına əngəl törədir. Hazırda bölgəmiz üçün əsas problem məhz budur", - deyə S.Kərimli əlavə edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycana qarşı lüzmusuz ittihamlar irəli sürməklə əsl problemi arxa plana keçirmık istəyir. Bütün bunlar həmişə olduğu kimi İrəvanın növbəti məkrli planı, proseslər ətafında yaratdığı uğursuz manipulyasiyalardır.
"Haqqlı sual ortaya çıxır. Ermənistan Laçın yolu vasitəsilə Qarabağa silah-sursat, milyonlarla mina daşıyanda, ərazilərimizi kütləvi minalayanda, təbii sərvətlərimiz talayanda BMT hara baxırdı? Dünya ictimaiyyəti niyə səsini çıxarmırdı? Təbiidir ki, bu, ikili standartların, ədalətsizliyin və riyakarlığın növbəti təzahürüdür", - deyə S.Kərimli əlavə edib. (Trend)