Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
Fərid Şəfiyev bildirib ki, mərkəz belə araşdırma məruzələrini xarici beyin mərkəzləri ilə birlikdə hazırlayır.
“44 günlük Vətən müharibəsi, Azərbaycanın mədəni irsinin dağıdılması, adibələrimizin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı dolğun araşdırmalarımız var. Tədqiqatlarımızın istiqamətlərindən biri də erməni diasporu ilə bağlıdır. Bizim Fransa, Argentina və Rusiyadakı erməni diasporu ilə bağlı araşdırma məruzələrimiz artıq ictimaiyyətə təqdim olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin öz işini ölkə gündəmindəki məsələlərə uyğun olaraq qurduğunu diqqətə çatdıran BMTM-in İdarə Heyətinin sədri vurğulayıb ki, xarici ölkələrdəki beyin mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verilir. “Biz birgə məruzələr hazırlayır, araşdırmalar aparır, müvafiq tədbirlərdə iştirak edirik. Fəaliyyətimizin əsas istiqamətlərindən biri də xarici ekspertlərlə işləmək, təcrübə mübadiləsi aparmaqdır”, - deyə Fərid Şəfiyev qeyd edib. (AZƏRTAC)