08.06.2025, 23:09
AZ EN
19.12.2022, 14:40 342

Ədalət Verdiyev: “Azərbaycan etirazları nəzərə alaraq rus sülhməramlıların özbaşınalığına son qoymaq üçün həmin ərazilərin nəzarətini gücləndirəcək”

XƏBƏRLƏR
  • Azərbaycan ərazisinə 2020-ci il 10 noyabr bəyanatı ilə 5 il müddətinə Rusiya sülhməramlı kontingenti göndərildi. Bəyanatın müxtəlif şərtləri vardı. Belə ki, sülhməramlılar ərazidə sabitlik yaradacaq, ərazilərdən erməni silahlı qruplaşmalarını çıxaracaqdır. Eyni zamanda, həmin ərazilərə yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar qaytarılmalı idi. Lakin görünən odur ki, Rusiya sülhməramlı kontingenti sadəcə vaxtı uzatmaq, daha doğrusu, Ermənistan ordusunun yenilənməsi, güclənməsi üçün çalışır, Azərbaycan ərazilərinin talanması üçün zaman qazanmaq məqsədi ilə siyasət yürüdürlər.

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı  açıqlamasında bildirib ki, sülhməramlıların kontingentinin yerləşdiyi ərazinin konturları Azərbaycan tərəfi ilə birgə bəyanatın imzalandığı gün üçün təyin olunan mövqelərdən ibarətdir. Buraya Xocavənd, Şuşa və Xocalının bir hissəsi aiddir.

Hərbi ekspert bəzi siyasi şərhçilərin iddia etdiyi sülhməramlıların xidməti üçün əvvəlcə 16 postun nəzərdə tutulması və indi  onların 24 posta xitmət etməsi fikirlərinə də aydınlıq gətirərək bildirib ki, 16 məntəqədə yerləşmə barədə deyilənlər həqiqətə uyğun deyil: “Daha əvvəl rusların yerləşəcəyi 24 məntəqə razılaşdırılmışdı. Sonrakı dövrdə isə bu məntəqələrin sayı 27-yə qədər artırıldı. Bu, Azərbaynın müvafiq icra orqanları ilə razılaşdırılaraq həyata keçirilir”-, deyə hərbi ekspert bildirib.

O, daha sonra bildirib ki, sülhməramlıların fəaliyyəti Azərbaycan tərəfini qane etmir. Baş verən aksiyalar da bununla bağlıdır: “Birgə bəyanatla üzərlərinə düşən funksiyaları onlar yerinə yetirməyiblər. Bitərəf və neytral davranmalı olduqları halda, müvəqqəti nəzarətlərində olan ərazilərdə erməni silahlılarının intensiv şəkildə silah, texnitka və sursatlarla təminatına imkan yaradıblar”.

Ə.Verdiyev daha sonra əlavə edib ki, son aksiyalar yəqin ki, nümayişçilərin tələbləri yerinə yetirilənə qədər davam edəcək. Bu səbədən də Volkov azərbaycanlı ekofəalların, jurnalistlərin, könüllülərin önünə çıxmalı, onlara ağlabatan və məntiqli açıqlamalar verməlidir. Lünki rus sülhməramlılarının Azərbaycanın ərazilərində ekoloji terror törədilməsinə indiyə qədər göz yumması, bu fəlakətlərin baş verməsi üçün şərait yaratması qətiyyən qəbul edilən deyil: “Digər tərəfdən isə ekoloqların son tələblərində artıq Azərbaycan ilə Ermənistan arasında Laçın rayonunda gömrük məntəqəsinin, sərhəd keçid məntəqəsinin və Azərbaycan polisinin yerləşdirilməsinə dair haqlı tələblər irəli sürülür. Azərbaycan tərəfi də bu etirazları nəzərə alaraq rus sülhməramlılarının özbaşınalığına son qoymaq üçün həmin ərazilərin nəzarətini gücləndirəcək”-, deyə hərbi ekspert bildirib.

O, əlavə edib ki, hazırda konkret olaraq ermənilərin  istifadəsində olan bir ərazi yoxdur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilər var. Xocalı, Xocavənd və Şuşa rayonlarının bir hissəsi hələ də rusların müvəqqəti nəzarətindədir. Bu ərazi isə ümumilikdə, 3 min, 3500 kvadrat kilometrlik ərazidir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər