05.02.2025, 08:48
AZ EN
15.12.2022, 20:50 243

Fərid Şəfiyev: “Ekofəalların əsas məqsədi ekoloji problemi həll etməkdir”

XƏBƏRLƏR
  • “Şuşa-Xankəndi yolunda hələ də aksiya keçirən ekofəalların əsas məqsədi ekoloji problemi həll etməkdir”.

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, ekoloji problemlər indi yox, 1988-ci ilin payızında - ermənilər Topxana meşəsini qanunsuz şəkildə qıranda başlayıb.

F.Şəfiyev, həmçinin qeyd edib ki, aksiyaların ümumi kontekstinə nəzər salanda daha bir neçə həllini tapmamış məsələ üzə çıxır, məsələn, bu yolda təhlükəsizliyin təmin olunması müəyyən olunur: “Müşahidələr zamanı məlum olub ki, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Şuşa-Xankəndi yolunda minalar və digər döyüş sursatları daşınır. Bu, üçtərəfli bəyanatın müddəalarına tamamilə ziddir”.

Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən, Azərbaycan üzərinə öhdəliklər götürüb və artıq onları yerinə yetirib: “Ermənistan da Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürmüşdü, amma öhdəliyini yerinə yetirmir”.

“Bizim yekun məqsədimiz Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə inzibati nəzarəti bərpa etməsidir. Biz bu məsələlərə mərhələli şəkildə yanaşırıq”, - o deyib.

F.Şəfiyev onu da vurğulayıb ki, hazırda vəziyyəti Azərbaycan deyil, Ermənistan, eləcə də üçüncü ölkələr qızışdırır.

“Çox təəssüf ki, təbii sərvətlərimiz hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə istismar olunur, lakin biz onlardan lazımi reaksiya görmürük”, - deyə o fikrini yekunlaşdırıb. (Report)

Oxşar xəbərlər