24.01.2026, 01:52
AZ EN
13.01.2026, 13:42 219

II Qareginin istefası tələbinə Türkiyədən reaksiya

XƏBƏRLƏR
  • Ermənistanın hakim partiyası bütün ermənilərin katalikosu II Qaregini növbəti dəfə istefaya çağırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Hraparak" nəşri Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyana istinadən məlumat yayıb. O, deyib ki, bütün ermənilərin katolikosu II Qareginin istefa verməkdən başqa yolu qalmayıb: “Kəskin addımlar atmaq istəmirik, çünki kilsə bizim üçün müqəddəs yerdir. Ktriç Nersisyan (II Qaregin) bunu yaxşı başa düşür. Amma o, kilsəni öz cinayət və digər qanunsuz əməllərini gizlətmək üçün yerə çevirib. Kilsə təsir agentləri tərəfindən Ermənistana qarşı hibrid müharibə aləti kimi istifadə edilə bilməz. Ümid edək ki, Ktriç Nersisyan ən qısa vaxtda özündə sağlam düşüncə tapacaq və gedəcək”.

Türkiyə ermənilərinin patriarxı Saak Məşəlyan da II Qareginin istefası tələbinə gözlənilməz reaksiya verib. Mətbuatın yazdığına görə, 10 yepiskopun etiraz bəyanatından sonra artıq bütün ermənilərin katolikosu II Qaregini əvvəlki həvəslə dəstəkləmir. Bildirilir ki, yaxın vaxta qədər Saak Məşəlyan bütün ruhanilər kimi katolikosa sədaqət andı içirdi. Amma 10 yepiskopun bəyanatından sonra passiv mövqe tutub, hətta susqunlaşıb, neytral vəziyyətə keçib: "Türkiyə ermənilərinin patriarxı həmin bəyanatdan sonra geri çəkilməyə başlayıb. Baxmayaraq ki, hələ açıq şəkildə mövqeyini bildirməyib".

Bununla belə, Məşəlyanın yepiskopların II Qareginə qarşı bəyanatına qoşulmaq niyyətində deyil: "Mənim onların bəyanatına qoşulmaq fikrim yoxdur, hazırda belə bir ehtimal görmürəm. Amma katolikosu da əvvəlki coşqu ilə dəstəkləmirəm və yəqin ki, bundan sonra onun yanında olmayacağam. Hərçənd heç nə istisna deyil, vəziyyət saatbasaat inkişaf edir".

Elxan SALAHOV

Oxşar xəbərlər