Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın yolunda yaranmış son vəziyyətlə əlaqədar Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.
Nazir, iki gün əvvəl XİN-də keçirilmiş brifinqdə dinc etiraz aksiyasının səbəbləri barədə məlumat verildiyini xatırladıb.
XİN rəhbəri vurğulayıb ki, manipulasiyalar üçün ortaya yalanlar atılır.
Nazir onu da qeyd edib ki, diplomatlara Laçın yolundan çox saylı sui-istifadə hallarına dair məlumat veriləcək: “Həmçinin bu gün Laçın yolundan sui-istifadə halları və bununla da üçtərəfli bəyanatın pozulması barədə məlumat vermək istərdim. Çünki düşünürəm ki, bu, ümumi vəziyyəti anlamaq üçün vacib elementdir. Sizin hər hansı sualınız olarsa, bunları da cavablandırmağa şad olaram”. (APA)