“O dəhlizi alanda isə nəhayət, həm Laçın yolunu, həm də Qarabağı götürəcəklər. Həmişə beyinsizlərin əlindən hər şeyi qoparırlar və aparırlar”-, deyə o qeyd edib.
Erməni analitik başqa bir “Facebook” qeydində bildirib ki, rəqib İrəvanı hədələsə belə, erməni tərəfinin öz əli ilə Zəngəzur dəhlizini açmağa haqqı yoxdur: “Bakının güc variantı ilə Zəngəzur dəhlizini aça biləcəyi doğru deyil: onun imkanlarını və Ermənistan ordusunun indiki vəziyyətini nəzərə alsaq, hətta bir neçə saat ərzində buna nail ola bilər. Lakin lazımdır ki, Ermənistan onu özü öz əliylə açsın”-, deyə Kiviryan vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ