08.09.2024, 05:14
AZ EN
22.07.2024, 21:15 191

Azərbaycanla Misir arasında ticarət dövriyyəsi xeyli artıb - Rəşad Nəbiyev

XƏBƏRLƏR
  • Bu ilin ilk altı ayında Azərbaycan ilə Misir arasında ticarət dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıb.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Misirə rəsmi səfəri əməkdaşlığımızın tarixində yeni səhifə açdı”, - o bildirib.

Rəşad Nəbiyev qeyd edib ki, bu il ölkələr diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünü qeyd edirlər:

"Otuz iki il ərzində ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə imkan verən 49 ikitərəfli sənəd imzalanıb".

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 27-də qurulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir. (Trend)

Oxşar xəbərlər