Bu fikirləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev deyib.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə layihələri və fəaliyyətləri haqqında danışan Baş katib ortaq dəyərlərin qorunub saxlanılmasının vacibliyini vurğulayaraq deyib: “Türk Dövlətləri Təşkilatı nəzdində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də ortaq əlifbadır. Lakin ortaq dilimiz bizim üçün əsasdır. Artıq ortaq tarix, ortaq coğrafiya dərsliklərimiz hazırdır və istifadə olunur. Bizim ortaq tariximiz, mədəniyyətimiz, dilimiz və coğrafiyamız ölkələrimiz üçün əsas amildir”.
Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa-yenidənqurma işlərinə toxunun Baş katib bildirib ki, Qarabağın yenidən qurulması çərçivəsində Azərbaycan dövlətinin bölgəyə investisiyaların cəlb edilməsi ilə bağlı gördüyü tədbirlər türkdilli dövlətlər tərəfindən çox müsbət qarşılanır. TDT olaraq üzv ölkələrimiz tərəfindən bu istiqamətdə görülən bütün tədbirlərə töhfə verəcəyik. Türkdilli dövlətlər olaraq biz bölgəni inkişaf etdirməyə borcluyuq. (AZƏRTAC)