20.04.2025, 07:10
AZ EN
29.11.2022, 16:39 537

Kanada mətbuatı Ermənistan-İran işbirliyindən yazıb

XƏBƏRLƏR
  • Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Ermənistanın dövlət terrorizminə dəstəyi” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Ermənistanın İran İslam Respublikasına dəstək verməklə terror aktları üçün münbit mühitin yaradılmasına kömək etdiyi fikri irəli sürülüb.

Qeyd olunub ki, İranda insan haqlarının pozulması ilə bağlı qətnamə səsverməyə çıxarılarkən Ermənistan BMT-də İranı rəsmən dəstəkləyib. İran hökumətinin Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfər etməsi barədə tvitindən sonra bir çox “Tvitter” istifadəçisi “İki dövlət, bir millət” tvitini yazıb. Habelə bir neçə il əvvəl Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini Vladimir Poqosyan İsraili nasist Almaniyası ilə müqayisə edərək, Qarabağ münaqişəsində bu ölkənin Azərbaycana göstərmiş olduğu dəstəyinin qisasını alacağını vəd edib.

Məqalədə İranın Yerusəlimdə həyata keçirilmiş son terror aktını ən azı şifahi şəkildə dəstəklədiyi və bu mənada sözügedən cinayətin törədilməsində mühüm rol oynaya biləcəyi ehtimal edilsə də, baş verənlərdə Ermənistanın hansı rolu olduğu sual olunub və və diqqətə çatdırılıb ki, indiyədək Ermənistan hökuməti sözügedən terror aktı ilə bağlı səssiz qaldığı halda, Ermənistanın İctimai Radiosu hücumla bağlı məqalə dərc edib və bunun “şübhəli Fələstin hücumu” olduğunu bildirib. Müəllif erməni radiosunun sözügedən şərhini “əl-Cəzirə”nin Fələstindəki terror aktlarını işıqlandırma üslubuna bənzədib. Onun fikrincə, İran öz mülki əhalisini qətliama, işgəncələrə və zorlanmaya məruz qoyduğuna görə BMT-də cavabdehlik daşımırsa və erməni mediası israillilərə qarşı terror hücumlarını “iddia edilən hücumlar” kimi qələmə verirsə, o zaman Ermənistan həqiqətən də terrorun cəzasızlıq mühitinin yaradılmasına kömək etmiş olur.

Müəllif məqalədə “Kiyev-Mohıla Akademiyası” Milli Universitetinin professoru Taras Kuzionun fikrinə istinadən Tehrandakı fundamentalist şiə rejimi ilə xristian Ermənistan arasında da güclü hərbi ittifaqın mövcudluğuna diqqət çəkib və bu ittifaqın üç cəhətdən möhkəmləndirildiyini vurğulayıb: “Birincisi, Ermənistan İrana, lap yaxınlarda isə Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa kömək etdi. İkincisi, Kremlin Ukraynanın mülki obyektlərinə terror hücumlarında istifadə etdiyi pilotsuz təyyarələrin və raketlərin Rusiyaya çatdırılmasında vasitəçi kimi çıxış etdi. Üçüncüsü, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda İranı diplomatik şəkildə dəstəkləyir. ABŞ Rusiya hərbi sənaye kompleksi üçün texnologiya alan transmilli şəbəkə yaratmaqda ittiham etdiyi bir sıra erməni şirkətlərinə qarşı sanksiyalar tətbiq edib və “Milur Electronics” sanksiyaya məruz qalan ən son erməni şirkəti olub”. (diaspor.gov.az)  

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2022/11/23/armenias-support-for-a-state-sponsor-of-terrorism/

Oxşar xəbərlər