Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.
Deputat bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan toponimlərini səhv yazması da qəbuledilməzdir: “Hər kəs aydın görünür ki, Vardanyan hansı tapşırıqla Azərbaycandadır. Vardanyana Ukraynada Samvelə tapşırılan tapşırıqdan veriblər. Dövlətimizin uyğun strukturları bunu görməzdən gələ bilməzlər. Dələduz Vardanyan ya Qarabağdan rədd ediləcək, ya da tutulub Azərbaycana gətiriləcək. Hiss olunur ki, Vardanyan da Qarabağda olmaqdan məmnun deyil. Qarabağdakı yaşayış məntəqələrinin adlarının haylar arzulayan kimi təqdim edilməsi heç nəyi dəyişmir, Qarabağ Azərbaycandır”. (APA)