Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 121 saylı Laçın Dairə Seçki Komissiyasının 106 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Qardaşxan Dostuyev deyib. Onun sözlərinə görə, MnSK-nın üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər.
Sədr əlavə edib ki, seçki məntəqəsi səsvermə gününə tam hazırdır: “Seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib. Seçici siyahılarına görə, məntəqə üzrə ən yaşlı seçicinin 96 yaşı var”.