ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri şəhərdə işğal zamanı törədilmiş dağıntıları yerində müşahidə ediblər. Onlara məhv edilmiş mədəni abidələrin tarixi, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq işləri, eləcə də infrastruktur layihələrinə dair ətraflı məlumat verilib.
Daha sonra, qonaqların Şahbulaq qalası, Cümə məscidi, Dram teatrı, Şəhidlər xiyabanı və Çörək zavoduna ziyarəti təşkil edilib. (AZƏRTAC)