Bu fikirləri Pakistanın Ortaq Gələcəyə malik Cəmiyyət naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.
Pakistanlı ekspert deyib ki, Ermənistan tərəfində vəziyyət bir neçə aydan bir dəyişir. Onlar beynəlxalq müqavilələrə və imzaladıqları sülh razılaşmalarına əməl etmirlər.
“Prezident İlham Əliyev Pakistan, Türkiyə və Orta Asiya ölkələri ilə əlaqələr barədə də danışdı. O bildirdi ki, Azərbaycan üçün region ölkələri ilə yaxşı münasibətlər qurmaq çox vacibdir. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən, bu yaxınlarda Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış memorandumdan da bəhs etdi.
Hesab edirəm ki, konfrans çox yaxşı keçdi. Prezident İlham Əliyev diqqəti Azərbaycanın inkişafına yönəltdi. Biz Prezident İlham Əliyevə gələcək üçün ən yaxşısını arzulayırıq”, - deyə Xalid Teymur Əkrəm qeyd edib. (AZƏRTAC)