26.12.2024, 20:45
AZ EN
16.11.2022, 14:42 340

Vüqar Bayramov: “Azərbaycan bu tip hədələrin qarşısını almaq gücündədir”

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsindən sonra həm dünyada, həm də qonşuluğumuzda baş verən proseslərə nəzər yetirəndə İranın (guya bizim qardaşımızdır) əslində separatçı Ermənistanın himayədarı olduğunun şahidi oluruq.

Milli Məclisin deputatı Vüqar Bayramovun məsələyə münasibətini belə ifadə edib:

“Bir tərəfdən bu ilin 8 ayında ticarət dövriyyəsini 43,0 faizi artıran İran Ermənistanla illik 3 milyard dollarlıq ticarət qurmağı fədəfləyir, digər tərəfdən isə qaz ixracı 2 dəfə artacağını bəyan edib. Din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edən İran Ermənistanın hər mənada qayğısına qalır. Bu da ondan xəbər verir ki,  İran Azərbaycan torpaqlarını 30 il müddətində işğalada saxlayan bir ölkə ilə ən sıx münasibətləri qurur və Ermənistanla  birləşdirən avtomobil və dəmir yolunun tikintisinə  xüsusi əhəmiyyət verərək əslində regionda yeni nəqliyyat istiqamətinin formalaşmasına səmərəsiz cəhd edir”.

Millət vəkili sonra vurğulayıb ki, nə qədər qəribə olsa da, Zəngəzur dəhlizinin reallaşması məsələsi gündəmə gəldiksən sonra İran yenidən aqressivləşib və ölkəmizə qarşı təhdid dolu bəyanatların sayını artırmaqdadır. Burdan belə bir nəticəyə gəlmək olur ki, İran  Azərbaycan torpaqlarının işğalda qalmasına maraqlı dövlətlərdən imiş. Çünki bununla ölkəmiz ilə İran azərbaycanlıları yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı yaratmağı hədəfləyirmiş.

V.Bayramov daha sonra əlavə edib ki, sərhədlərimizdə Zəfərdən sonra irimiqyaslı təlimlərin keçirilməsi isə hərbi avantüra olmaqla yanaşı səmərəsiz əzələ nümayişidir. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan bu tip hədələrin  qarşısını almaq gücündədir. Görünən isə odur ki, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün  ictimai rəy formalaşdırmağı qarşısına məqsəd qoyub və  hətta Tehran ölkəmizdə bir sıra dini qüvvələrin  siyasiləşdirilməsi istiqamətində işi gücləndirib. Bu isə regionda yeni gərginlik yaratmağa xidmət edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Zəfərindən sonra formalaşan yeni düzən təkcə İranın deyil, eyni zamanda bir neçə ermənipərəst dövlətlərin də, el təbirincə desək, kürkünə birə salıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər