06.03.2026, 23:28
AZ EN
06.03.2026, 14:17 191

İrandakı proseslər Bakı-İrəvan razılaşmalarına təsir etməyəcək

XƏBƏRLƏR
  • İsrail və ABŞ-ın İrana hücumu ilə əlaqədar bölgədə yaranmış vəziyyət İrəvan-Bakı-Vaşinqton  razılaşmalarının həyata keçirilməsinə hər hansı təsir göstərməyəcək.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Artur Ovannisyan İrandakı müharibə fonunda Ermənistanın ABŞ və Azərbaycanla müqavilələri üçün yarana biləcək risklərlə bağlı sualı cavablandırarkən deyib. O, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dünənki telefon söhbəti barədə hakim fraksiyanın üzvlərini məlumatlandıraraq bildirib ki, İranla bağlı vəziyyət İrəvan-Bakı razılaşmalarına risk yaratmır: "Baş verənləri izləyirik və sərhədimizdəki vəziyyətlə bağlı bütün risklər müvafiq orqanlara ünvanlanır".

Fraksiyanın digər nümayəndəsi Arman Yeqoyan isə bildirib ki, Ermənistanın bütün tərəflərlə qurduğu münasibətlər yalnız müsbət vəziyyətdən xəbər verir: “İndiyəqədərki hesablamalar və əldə etdiyimiz razılaşmalar göstərir ki, Ermənistan hazırda mümkün olan ən yaxşı durumdadır".

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dünən İranın Naxçıvana PUA hücumundan sonra azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. Tərəflər regionda baş verən son hadisələr barədə fikir mübadiləsi aparıb. Hər iki tərəf İranın dron hücumlarından narahatlığını ifadə edib və gərginliyi artırmağa yönəlmiş hərəkətləri pisləyib.

Elxan SALAHOV

Oxşar xəbərlər