Ağ Evin paylaşdığı tarixi fotolar arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxışdığı foto da yer alıb.
"Sülhdən daha vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli rəhbərliklə qeyri-mümkün heç nə yoxdur. Mən vəzifəyə başlayanda Qəzzada şiddətli müharibə gedirdi..... Qəzzada müharibə bitib", - Ağ Ev ABŞ Prezidenti Donald Trampın sözlərindən sitat gətirib. (Report)