Bu barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.
O bildirib ki, Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 702 toponim erməniləşdirilib. Təkcə Qərbi Zəngəzurda 70-dən çox kənddə, həmçinin Göyçə gölü hövzəsində azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb. (AZƏRTAC)