19.02.2026, 04:02
AZ EN
18.02.2026, 19:50 104

Ekspert: Azərbaycan-Serbiya münasibətləri etimada və uzunmüddətli tərəfdaşlığa əsaslanır

XƏBƏRLƏR
  • Azərbaycan-Serbiya münasibətləri sabitlik, sistemli xarakter ilə xarakterizə olunur və mövcud siyasi vəziyyətdən asılı deyil.

Bu barədə beynəlxalq təhlükəsizlik üzrə serbiyalı ekspert Vuk Vuksanoviç saytında yayımlanan "Azərbaycan və dünya" proqramının son buraxılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlığın təməli hələ 2008-ci ildə, tərəflərin ərazi bütövlüyü məsələlərində bir-birinə ardıcıl diplomatik dəstək göstərməyə başladığı zaman qoyulub. O vurğulayıb ki, əsas beynəlxalq məsələlərə ortaq fundamental yanaşmaların üst-üstə düşməsi Bakı ilə Belqrad arasında bu günə qədər davam edən etimad mühitinin yaradılmasına imkan verib.

Ekspert əlavə edib ki, bu etimad təməli iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də regional səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi üçün ilkin şərtlər yaradıb. (AZERTAC)

Oxşar xəbərlər