19.10.2024, 21:19
AZ EN
15.09.2024, 10:33 183

Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

XƏBƏRLƏR
  • Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

Xarici siyasət idarəsinin paylaşımında qeyd olunub:

"Bu gün, Bakı şəhərinin erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 106 il ötür. Azərbaycan-Türkiyə qardaşlıq tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün qardaş və bacılarımızın əziz xatirəsini minnətdarlıqla anırıq". (APA)

Oxşar xəbərlər