Azərbaycan son altı il ərzində xarici siyasətini bağlılıq, şaxələndirmə və regional əməkdaşlığa əsaslanaraq həyata keçirib.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.
"Münaqişələr enerji və nəqliyyat marşrutlarına, həmçinin təchizat və sub-təchizat zəncirlərinə ciddi təsir göstərir. Bu proseslər xatırladır ki, regionumuz üçün əlaqəlilik, şaxələndirmə və ortaq maraqlara əsaslanan regional əməkdaşlıq strateji davamlılığın əsas elementləridir", - o bildirib.
F.Şəfiyev qeyd edib ki, Asiya institutları ilə qarşılıqlı əlaqələri, strateji ittifaqları genişləndirən Azərbaycan ABŞ və Aİ ilə konstruktiv əməkdaşlığı davam etdirməklə yanaşı, xarici siyasətinin şərq istiqamətini möhkəmləndirib: "Bu kontekstdə Mərkəzi Asiya bizim üçün sadəcə qonşu deyil, strateji tərəfdaşdır". (Report)