13.02.2026, 12:45
AZ EN
13.02.2026, 09:54 196

Sekuta: "Vitse-prezidentin səfəri ABŞ-ın regionu dünyanın vacib bir hissəsi kimi gördüyünü göstərir"

XƏBƏRLƏR
  • “ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri Azərbaycanla ABŞ arasındakı münasibətlərdə böyük bir hadisədir, böyük bir addımdır”.

Bu sözləri açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.

O, bildirib ki, bu, ABŞ-ın Azərbaycanla, regionla əlaqə qurmaqda ciddi olduğunu və bunu dünyanın vacib bir hissəsi kimi gördüyünü göstərir. Keçmiş səfir qeyd edib ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası əsasən bir çərçivədir. “O, iqtisadiyyat, texnologiya, enerji, təhlükəsizlik sahələrində əməkdaşlığı müəyyən edir. Bunlar bir növ əsas sahələrdir. Həmçinin strateji tərəfdaşlığa aid olmayan vacib bir prinsipi müəyyən edir və bu, özəl sektorun oynamalı olduğu roldur. Bu, administrasiya üçün yeni bir addımdır və bir inkişafdır”, - deyə R.Sekura bildirib.

O, Vitse-prezident Cey. Di. Vensin Azərbaycan qoşunlarının Əfqanıstanda son dəqiqəyə qədər ABŞ qoşunları ilə birlikdə olduğunu qeyd etməsindən danışıb. “Bilirəm ki, bu, azərbaycanlıların xatırladığı bir məsələdir, amma düşünürəm ki, ABŞ-ın Azərbaycana təşəkkür etməsini və atdığı addımlara, göstərdiyi cəsarətə, qoşunlarının həqiqətən çətin vəziyyətdə göstərdiyi şücaətə görə Azərbaycanı vurğulamasını eşitmək xoşdur. Düşünürəm ki, münasibətlərin qurulmasında necə irəliləyəcəyimizə dair bir növ razılaşmamız var. Düşünürəm ki, Vitse-prezident birlikdə nə etdiyimizi və bu münasibətləri nələrin üzərində qura biləcəyimizi vurğulaması yaxşı iş ortaya qoyduğunu sübut edir”,- deyə keçmiş səfir əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər