Bu barədə Belçikanın Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Tərəflər regionlar arasında ticarət dəhlizlərinin və nəqliyyat infrastrukturunun inkişafı üzrə səylərin əsas elementi olan liman sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda bildirilib.
Görüşdə Belçikanın Azərbaycandakı konsulu da iştirak edib. (Report)