22.11.2024, 02:38
AZ EN
23.08.2024, 10:05 267

Erməni generaldan şok iddia: "Rus qoşunu İrəvana, İran Zəngəzura girəcək"

XƏBƏRLƏR
  • Ermənistanın region ölkələrinin ümumi maraqlarına zidd hərəkətləri, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığa can atması Cənubi Qafqazda gərginliyi artırır.

"Vətən səsi" xəbər verir ki, bunu erməni general-mayor Levon Stepanyan deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti sentyabr ayında Avropa İttifaqına daxil olmaq məsələsini aktivləşdirəcək: "Ermənistan hakimiyyəti yanlış siyasət aparır və bu, həm Rusiyanı, həm də İranı narahat edir”.

Levon Stepanyan Paşinyan hökumətinin Azərbaycanla sülh danışıqlarında səmimi olmamasına da diqqət çəkib. O, sərhədlərin delimitasiya prosesinin ləngiməsinə və danışıqlarda ciddi irəliləyişlərin olmamasına səbəbkar məhz Ermənistanın əvvəlcədən razılaşdırılmış şərtləri pozmasıdır: "Sülh danışıqıarı Ermənistanın günahı ucbatından dalana dirənib. Amma əvvəl-axır Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Əks halda Paşinyan hökumətinin də erməni xalqının da başı çox ağrılar çəkəcək".

Erməni general Paşinyan hökumətinin payızda referendum keçirməyə hazırlaşdığını və Ermənistan konstitusiyasına dəyişiklik, Avropa ittifaqına üzvlük məsələlərinin səsverməyə çıxarılacağını deyib. Lakin Spepanyanın fikrincə, erməni xalqı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının geri götürülməsinə dair konstitusiya dəyişikliyini dəstəkləməyəcək. Bu isə regionda marağı olan ölkələr arasında hərbi-taktiki dəyişikliklərə gətirib çıxaracaq: “Referendumla bağlı yekun qərar payızda verəcək. Bu, Rusiya və İranın müdaxiləsinə səbəb ola bilər. Rusiyanın Gümrüdə 102-ci bazasındakı hərbçiləri İrəvanın Respublika meydanına, İran qoşunları isə Sünikə (Zəngəzur) girəcək. Hakimiyyətin siyasəti prosesi bu yönə aparır”.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR