07.06.2025, 14:52
AZ EN
24.02.2024, 15:58 353

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı

XƏBƏRLƏR
  • Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bütün bunlar onu deməyə əsas verir ki, bu qurum artıq işlək deyil”.

R.T.Ərdoğan söyləyib ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar: "Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər". (Report)

Oxşar xəbərlər