10.02.2026, 18:15
AZ EN
10.02.2026, 12:58 199

Zahid Oruc: "Fransa Parlamentinin bəzi üzvləri Azərbaycanın məqsədini yanlış təqdim edirlər"

XƏBƏRLƏR
  • Bakıda qurulan məhkəmə, ayrı-seçkiliyə yox, müharibə dövrünün nəticələrinin aradan qaldırılmasına xidmət edir. Ədalət və hüququn tətbiqi hər bir vətəndaş üçün önəmlidir.

Məhkəmədən bir gün əvvəl, Azərbaycan Liderinin sülh mükafatına layiq görülməsi, silahlı münaqişədən sonra regiona və dünyaya barış gətirmək baxımından böyük əhəmiyyət daşıyır. Bu, işğalçılara və onların dəstəkçilərinə verilən ən böyük cəzadır.

Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin fevralın 10-da keçirilən növbəti plenar iclasında söyləyib.

O bildirib ki, fevralın 5-dəki hökm millətin iradəsini əks etdirir. "Ermənistanla sülh müqaviləsinin imzalanması yaxınlaşdıqca, gizli niyyətlər açıq görünür. Fransa Parlamentinin bəzi üzvləri Azərbaycanın məqsədini yanlış təqdim edirlər. Lakin bütün dünya görür ki, Azərbaycanın fəaliyyəti sülh və ərazi bütövlüyünün qorunmasına xidmət edir. Fransa parlamentarilərinin bəyanatları isə sülh prosesinə zərbədir. Bu qərarın sülhə xidmət etdiyi, erməni xalqı tərəfindən də başa düşülür. Prezident İlham Əliyevin sülh və ədalət çağırışları dünyaya barış və etibarlılıq mesajı verir. Sülhə qarşı çıxmaq isə qəbuledilməzdir",- deyə Z. Oruc vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər