02.03.2026, 19:33
AZ EN
09.02.2026, 17:54 184

Vensin Bakıya və İrəvana səfərinin əsas məqsədi...

XƏBƏRLƏR
  • ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfəri təkcə regionda deyil, həm də beynəlxalq səviyyədə diqqətlə izlənilir.

"Vətən səsi" xəbər verir ki, dünyaca məşhur "Associated Press" Agentliyi Vensin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana və Bakı səfərinin əsas istiqamətləri barədə məlumat yayıb. Bildirilir ki, Vens fevralın 9-da İrəvanda olacaq və ertəsi gün Bakıya gələcək. Səfərin məqsədi isə ABŞ-ın ötən ilin avqustunda Ağ Evin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasına dəstəyini real müstəvidə təsdiqləməkdir.

ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Pol Qobl səfərin əhəmiyyətini şərh edərkən bildirib ki, Bakıda və İrəvanda aparılacaq müzakirələr regional kontekstdə mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan ABŞ üçün getdikcə daha əhəmiyyətli ölkələrə çevrilir: "Ona görə yox ki, hər iki ölkə Moskvadan uzaqlaşıb və ABŞ TRIPP layihəsini dəstəkləyir, həm də ona görə ki, İran ətrafındakı gərginlik, şübhəsiz, Cənubi Qafqaza da təsir edəcək".

"Associated Press" yazır ki, Vensin səfəri bu baxımdan təkcə protokol xarakteri daşımır, həm də bölgədə sabitliyi gücləndirmək məqsədi daşıyır. Pol Qobl da hesab edir ki, vitse-prezident Bakı və İrəvana ABŞ-ın dəstəyini təsdiqləmək və tərəfləri seçdikləri yolda ruhlandırmaq üçün gəlir. Çünki regionun cənubundakı qeyri-sabitlik şimalda təhlükəsizlik hesablamalarına tez bir zamanda təsir göstərə bilər.

Səfərin vaxtı da bu yanaşmanı izah edir. ABŞ-də keçiriləcək ara seçkilər daxili siyasi gündəmdə rol oynasa da, Qobl hesab edir ki, əsas amil bu deyil: “Məncə, İran ətrafındakı mövcud problemlər səfərin vaxtını ara seçkilərdən daha yaxşı izah edir”.

Mənbə qeyd edib ki, Ceyms Devid Vens ABŞ-ın bir sıra vacib seçki bölgələrindəki əhəmiyyətli erməni seçici kütləsini və öz siyasi ambisiyalarını nəzərə alaraq mümkün daxili siyasi təsiri də anlayır.

Sülh sazişinin pozulması halında Vaşinqtonun reaksiyası ayrıca məsələdir. Post-münaqişə mühitində də qarşılıqlı ittihamlar baş verir, Cənubi Qafqaz da istisna deyil: "Vaşinqton yaxşı bilir ki, hər iki tərəf 2025-ci ilin avqustunda Tramp vasitəsilə əldə olunmuş razılaşmanın pozulmasında bir-birini ittiham edəcək. Ona görə də belə bir ərəfədə regiona səfərin təşkil edilməsində ABŞ-ın məqsədi təkcə qiymətləndirmə aparmaq yox, həm də belə ittihamların açıq eskalasiyaya çevrilməsinə imkan verməməkdir".

Pol Qobl "Associated Press"in əməkdaşına açıqlkamasında deyib ki, məsələ vəziyyətin idarə olunması, paraflanmış sülh sazişi üzərindən əldə edilmiş nailiyyəti qoruyub saxlamağa çalışan hər iki tərəfi ABŞ-ın dəstəyi ilə təmin etməkdir. Onun fikrincə, Vensin regiona səfəri təkcə protokol xarakteri daşımır, həm də ABŞ-nin Cənubi Qafqazda sabitliyin qorunması və təsirinin möhkəmləndirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Xüsusilə bölgədə artan qeyri-müəyyənlik şəraitində.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana rəsmi səfəri artıq başlayaıb. Ermənistan mətbuatının bir qədər əvvəl yaydığı məlumata görə, səfər proqramı çərçivəsində Vensin Baş nazir Nikol Paşinyanla da görüşü planlaşdırılıb.

Elxan SALAHOV

 

 

Oxşar xəbərlər