"Vətən səsi" xəbər verir ki, ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor Bişkekdə keçirilən B5+1 biznes forumunda çıxışı zamanı belə deyib. O, bildirib ki, ötən ilin avqustunda Vaşinqton görüşləri zamanı razılaşdırılmış layihə üzrə açılacaq marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz və Qərbə doğru fasiləsiz nəqliyyat əlaqələrini təmin edəcək: "Bu, regionda güclü, qarşılıqlı əlaqədə olan iqtisadiyyatların qurulması və davamlı sülhün qorunması istiqamətində tarixi addımdır".
Amerikalı diplomat onu da bildirib ki, Tramp administrasiyası Mərkəzi Asiyaya xüsusi əhəmiyyət verir və əvvəlki administrasiyalardan fərqli olaraq, regionun strateji əhəmiyyətini tanıyır.
Elxan SALAHOV