"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, indiyədək bu məsələlərlə bağlı Ermənistan tərəfindən Rusiyaya iki dəfə rəsmi məktub göndərilib. Həmçinin Baş nazir Nikol Paşinyan və hökumətin yüksək vəzifəli şəxsləri səviyyəsində dəmir yollarının yenidən qurularaq işlək vəziyyətə gətirilməsi üçün görüləcək işlər barədə Rusiya tərəfi məlumatlandırılıb.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib ki, qeyd olunan ərazilərdə təmir və yenidənqurma işləri Rusiya tərəfindən aparılmalıdır: “Hələlik heç bir dəyişiklik yoxdur. Bu barədə yekun qərarın olacağını gözləyirik, amma hazırda hələlik qərar yoxdur”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bundan əvvəl bir neçə dəfə məsələ ilə əlaqədar açıq bəyanatla çıxış etmişdi: "Rusiyalı tərəfdaşlarımızdan xahiş etmişəm ki, Yerasxdan Naxçıvan sərhədinədək və Axurik hissəsindən Türkiyə sərhədinədək dəmir yolunun tam bərpası ilə təcili məşğul olsunlar. Düşünürəm ki, yaxın vaxtlarda İcevan-Qazax istiqaməti ilə bağlı məsələni də qaldıracağam, çünki onun da mümkün qədər tez bərpası imkanı var. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız bu xahişi maksimal sürətlə reallaşdıracaqlar".
Elxan SALAHOV