Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalistə görə ədalət tələb edirik.
Bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" hesabında qeyd edib.
"Bu gün Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son beynəlxalq günündə biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü boyunca sadəcə öz işini gördüyü üçün öldürülən 9 azərbaycanlı jurnalisti xatırlayır və ədalət tələb edirik", - deyə bildirilib.
Qeyd edək ki, 2 noyabr dünyada jurnalistlərə qarşı törədilən cinayətlərlə bağlı cəzasızlığa son qoyulması günü kimi qeyd olunur.
TREND