"Vətən səsi" xəbər verir ki, bu fikir Berlində Almaniya və Ermənistan xarici işlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr zamanı səsləndirilib. Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə komissarı Niklas Vaqnerin rəhbərliyi altında keçirilən göirüşdə hər iki ölkənin nümayəndələri ikitərəfli gündəlikdə nəzərdə tutulmuş geniş məsələlər müzakirə edilib. Tərəflər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və aktiv siyasi dialoqu məmnuniyyətlə vurğulayıblar.
Ermənistan mətbuatının yaydığı məlumata görə, Berlindəki görüşdə Ermənistanı bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyanın başçılığı altında nümayəndələr təmsil edib. Kostanyan Almaniya hökumətinin nümayəndələrini "TRIPP yolu" layihəsi barədə məlumatlandırıb. O, qeyd edib ki, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sazişləri nəticəsində Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh şəraitində iqtisadi qarşılıqlı əlaqənin inkişafına yönəlmiş proqramlar, o cümlədən Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən regional imkanlar təqdim edib.
Görüşdə həmçinin Ermənistan-Avropa İttifaqı arasında strateji tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə toxunulub, beynəlxalq platformalarda qurulan fəal əməkdaşlığ məsələlər barədə fikir mübadiləsi aparılıb.
Elxan SALAHOV