15.01.2026, 21:17
AZ EN
12.01.2026, 15:16 167

Rusiya və İran ABŞ-ın Qafqazda güclənməsinə qarşıdır

XƏBƏRLƏR
  • Ötən il avqustun 8-də İlham Əliyev və Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmış sülh sazişinin yekun sənəd kimi imzalanması üçün Ermənistan hökuməti qarşıda gözlənilən bir neçə sınaqdan uğurla çıxmalıdır.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Arab News" nəşrində dərc olunmuş məqalədə deyilir. Məqalənin müəllifi Lyuk Koffin yazır ki, paraflanmış sülh sazişinin ratifikasiya prosesinin təxminən 12 ay çəkəcəyi gözlənilirdi. Amma artıq həmin müddətin yarısı geridə qalıb və hələ də bu istiqamətdə real addımlar atılmayıb.

Müəllif yazır ki, sülh sazişinin imzalanması bu ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticləri ilə birbaşa bağlıdır. Çünki həllini tapmayan əsas məsələlərin və bütövlükdə sülh sazinin taleyini məhz həmin seçkilər müəyyən edəcək. Lyuk Koffinin fikrincə, Ermənistan üçün birinci sınaq Paşinyan komandasının ölkədə siyasi stabilliyə nail olmasıdır: "Ehtimal edilir ki, seçkilər gərgin keçəcək, bundan sonra siyasi stabillik sülh prosesinin irəliləməsi üçün həlledici rol oynayacaq".

Bundan başqa, Ermənistan konstitusiyasına dəyişiklik məsələsi də sülhə nail olmağın əsas şərtlərindəndir. Azərbaycan açıq şəkildə bəyan edib ki, bu məsələ həll edilməlidir, yalnız bundan sonra Bakı sülh müqaviləsini ratifikasiya edə bilər. Lyuk Koffinin sözlərinə görə, "Tramp yolu" da təcili həll edilməli olan məsələdir. Ermənistan ərazisindən keçən 42 kilometrlik dəhliz ABŞ-ın dəstəyi ilə beynəlxalq özəl konsorsiuma təhvil veriləcək. Paşinyan hökuməti bu konsepsiyaya rəsmən razılıq versə də, onun həyata keçirilməsi mexanizmləri müəyyənləşdirilməyib, bu istiqamətdə heç bir konkret addım atılmayıb. Ermənistanda tikinti işlərinə nə vaxt başlanılacağı da müəyyənləşməyib, avtomobil və dəmir yolları tikilməyib və ya təmir olunmayıb".

"Arab News" Azərbaycan prezidenti İlham Əliyevin məsələ ilə əlaqədar asonuncu çıqlamasına da yer ayırıb. Bildirilir ki, Əliyev son vaxtlar irəliləyişin olmamasına görə narahatlığını dilə gətirərək hər hansı kecikmənin tərəflər arasında etimadı poza biləcəyi barədə xəbərdarlıq edib. Hətta bu il ərzində Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin tikintisinə başlanmasa, razılaşma ciddi risk altına düşə bilər.

Digər məsələ Rusiya və İranla bağlıdır. Məqalə müəllifi yazır ki, nə Rusiya, nə də İran ABŞ-ın sülh prosesində vasitəçiliyini qəbul etmir: "Rusiya ABŞ-nin dəstəyi olan istənilən məsələyə ehtiyatla yanaşır, hətta bu, özəl sektor tərəfindən həyata keçirilirsə belə. Çünki hazırda Ermənistan-İran sərhədini Rusiya nəzarətdə saxlayır. Tehran isə həmin 42 kilometrlik keçidi şimal istiqamətinə aparan əsas ticarət yolu kimi istifadə edir. Beləliklə, ABŞ tərəfindən dəstəklənən tranzit keçidi həm İran, həm də Rusiyanın maraqlarına zidd ola bilər. Həm Moskva, həm də Tehran üçün status-kvonun saxlanması sərfəlidir".

 

Elxan SALAHOV

 

 

Oxşar xəbərlər