"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan "Sputnik Armenia" agentliyinə Bildirilir ki, Rusiyaya bağlılığı şübhə doğurmayan agentlik bununla bağlı spikerə sorğu göndərib. Qarşı tərəf isə sorğuya cavabında Azərbaycan ərazlərinin 110 kvadrat/kilometrlik hissəsinə Ermənistan ordusunun nəzarət etdiyini açıqlayıb.
"Bu barədə dəqiq məlumat almaq üçün Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları ilə əlaqə saxlaya bilərsiniz. Fikrimcə, bəzi istiqamətlərdə Azərbaycanın təxminən 110 kvadrat/kilometrlik ərazisindəyik. Lakin indi heç kim millimetrlərə qədər konkret rəqəm deyə bilməz. Çünki sərhəddə demilitasiya prosesi başa çatmayıb, ərazilərdə dəqiqləşdirmələr aparılmayıb. Mən isə rəsmi olaraq söyləyirəm ki, 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər var", - deyə parlamentin sədri internet üzərindən audio və ya video formatında yayımlanan “ArmComedy” podkastında "Sputnik Armenia"nın sorğusuna cavabında əlavə edib.
Xatırladaq ki, delimitasiya və demarkasiya prosesi çərçivəsində Ermənistanın Azərbaycana qaytarmalı olduğu anklav kəndlər var. Bunlar Qaqzax rayonunun 1992-ci ildə işğal olunmuş Yuxarı Əskipara, Sofulu və Barxudarlı, habelə Naxçıvan Muxtar Respublikasının Kərki kəndləridir.
Elxan SALAHOV