"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Müxalif "Hraparak" qəzetinin yazdığına görə, Paşinyan özü II Qareginin devrilməsi əməliyyatında iştirak etmədiyini söyləs də, qarşıdurma məhz onun göstərişi və birbaşa nəzarəti alında həyata keçirilir. Üstəlik burada xarici amillər də rol oynayır, xüsusən Paşinyanın Qərbyönlü tərəfdarları və bəzi Avropa ölkələri prosesin Paşinyanın xeryinə yekunlaşması üçün dəstək göstərməmkdədir: "Kilsədə baş verənlər həm də Rusiyanın Ermənistandakı maraqlarının qorunması kimi təqdim olunur. Hökumət bu məsələdə Rusiyanın rolunu şişirərək prosesin Moskva tərəfindən idarə olunduğunu iddia edir. Paşinyan bu cür mövqe sərgiləməklə kilsənin siyasətə qarışması fikrini ictimai şüura yeritmək və bununla öz hakimiyyətini gücləndirmək üçün həm ölkənin daxilindən, həm də Avropadan dəstək istəyir".
Nəşr Nikol Paşinyanın katolikos II Qareginin istefası tələbi ilə bağlı Eçmiədzin Ana Taxtında keçirilən görüşdə iştirak etməyəcəyinə dair açıqlamasını da özünəməxsus şəkildə şərh edib. Bildirilir ki, Baş nazir II Qareginə qarşı çıxan din xadimlərini, o cümlədən 10-dan çox yepiskopun hərəkətlərini alqışlayaraq onlara dəstəyini ifadə edib: "Paşinyan Müqəddəs Eçmiədzin Katedralının onlara, özlərinin isə Müqəddəs Eçmiədzin Katedralına məxsus olduğunu bildirib. Buna görə də hökumət iddia edir ki, II Qareginə qarşı çıxan keşişlərin etiraz aksiyaları üçün toplaşmaq çağırışı qanunidir. Amma sirr deyil ki, həmin yepiskopun hamısı hökumət öyrədilmiş tərəfdarlarıdır və onlar bütün ermənilərin katolikosu II Qaregini öz vəzifəsinin öhdəsindən gələ bilməməkdə günahlandırır".
Yerli mətbuat Paşinyanın tərəfdarları ilə din xadimləri arasında yaşanan qarşıdurmanın son iki gündə daha da şiddətlənərək etiraz aksiyası həddinə çatmasının səbəbkarı kimi hökumətin astdığı addımları göstərir. Bildirilir ki, Paşinyanın jurnalistlərə son açıqlamasından sonra hökumətlə kilsə arasında qarşılıqlı narazılq toqquşma ehtimalını bir qədər də artırıb.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan dünən mətbuat nümayəndələri qarşısında çıxışı zamanı Eçmiədzinlə toqquşma ehtimalını istisna edib. O, bildirib ki, istənilən halda kilsə siyasətə qarışmamalı və özünün funksiyalarına uyğun normal fəaliyyətini bərpa etməlidir: "Təəssüf ki, kilsə ilə bağlı məsələlər bizim gündəliyimizdir. Bu gündəm bütün ermənilərin katolikosu Ktriç Nersisyanın – II Qareginin vəzifədən uzaqlaşdırılmadan həyata keçirilə bilməz. Müqəddəs Eçmiədzin Ktriç Nersisyanadan və onu əhatə edən sektant çevrədən xilas edilməlidir".
Elxan SALAHOV