24.01.2026, 19:57
AZ EN
18.12.2025, 12:23 217

Ermənistanda itkin hərbçilərin ailələri hökumətdən hesabat istəyir

XƏBƏRLƏR
  • Ermənistanın vətandaşları İstintaq Komitəsindən 44 günlük müharibədə həlak olan və hələ də cəsədi tapılmayan yaxınlarının axtarışı ilə bağlı hesabat tələb edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. Bildirilir ki, Ermənistanda 44 günlük müharibə zamanı həlak olan və itkin düşən hərbçilərin ailələri parlament nəzdində yaradılmış İstintaq Komissiyasının hesabatının dərc olunmasını istəyir. Onlar bununla bağlı müvafiq petisiya hazırlayaraq Ermənistan Milli Assambleyasının binası önündə imzatoplama kampaniyası keçiriblər. Toplanan imzaların Milli Assambleyanın sədri Alen Simonyana təqdim olunacağı bildirilir.

Ailələr hesab edir ki, müharibənin gedişi, verilən qərarlar və baş verən hadisələrlə bağlı cəmiyyətə tam və açıq məlumat verilməli, istintaq komissiyasının nəticələri gizli saxlanılmamalıdır. Onların fikrincə, hesabatın açıqlanması həm həlak olanların xatirəsinə hörmət, həm də gələcək üçün məsuliyyətin müəyyənləşdirilməsi baxımından vacibdir.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 3822 hərbçi ölüb. Ermənistanın İstintaq Komitəsin ötən il yaydığı rəsmi məlumata görə, 44 günlük müharibədə Ermənistan tərəfdən 201 nəfər itkin düşüb. Həmin şəxslərin axtarışı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsiz qalıb. Bununla belə, Ermənistan dövləti itkin hesab olunan hərbçilərin ailəılərinə müvafiq qaydada kompensasiya ödəyib.

Elxan SALAHOV

Oxşar xəbərlər