Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.
“2020-ci il atəşkəs bəyanatına görə, Rusiya qoşunları hazırda oradadır, bu, onların ilk müddətidir. Bu ölkələr (Ermənistan və Azərbaycan – Qeyd) üçün alternativ olarsa, Rusiya sülhməramlılarının iştirakına artıq ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər”, - ABŞ dövlət katibinin köməkçisi deyib.
O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır:
“Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir - bizimlə və Qərblə işləmək”. (Report)