22.12.2024, 20:19
AZ EN
06.12.2024, 23:35 120

Azərbaycanın NATO-dakı təmsilçisi slovakiyalı həmkarı ilə Bratislavanın əlaqələndirici səfirlik rolunu müzakirə edib

XƏBƏRLƏR
  • Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə slovakiyalı həmkarı Marek Varqa ilə Mərkəzi Avropa ölkəsinin Bakı üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə edib.

Bu barədə Azərbaycanın alyansdakı nümayəndəsi sosial şəbəkədə yazıb.

C.Hüseynzadə görüşə isveçli həmkarının da qatıldığını bildirib: “Slovakiyanın NATO-dakı daimi nümayəndəsi səfir Marek Varqa ilə Slovakiyanın Azərbaycan üçün NATO-nun əlaqələndirici səfirliyi rolunu müzakirə etmək üçün İsveçin NATO-dakı daimi nümayəndəsi ilə birlikdə görüşməkdən məmnun oldum”.

“Biz Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun başçılıq etdiyi sülhməramlı əməliyyatlara töhfəsi, enerji təhlükəsizliyinə dəstəyi, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurlu nəticəsi, regional normallaşma prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan – NATO tərəfdaşlığı çərçivəsində əlaqələndirici səfirliyin rolu barədə səmərəli müzakirə apardıq”, – o qeyd edib.

Xatırladaq ki, ötən ayın sonu Azərbaycanın NATO-nun SNT Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdi. (Report)

Oxşar xəbərlər