13.01.2025, 04:08
AZ EN
06.01.2025, 09:42 118

Suriya hadisələri Zəngəzurun da taleyini həll edəcək

XƏBƏRLƏR
  • “Suriyada müstəqil dövlətin parçalanması gözümüzün qarşısında oldu. Eyni aqibəti Ermənistan da yaşaya bilər”.

"Vətən səsi" xəbər verir ki, bunu erməni ekspert Artur Xaçikyan deyib. O, bildirib ki, Ermənistan rəhbərliyi Suriyanın yeni düzənində Türkiyənin böyük rola sahib olmasından nəticə çıxarmalı və regional siyasətdə, o Ankara və Bakı ilə münasibətlərdə ehtiyatlı olmalıdır. Onun sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə Ermənistanın dövlət kimi gələcəyi böyük risklər altındadır: "Çox qısa vaxtda və heç kəsin gözləmədiyi halda Suriyada Türkiyənin necə güclənməyə başladığı ortaya çıxdı. Bu, Suriyada xüsusi maraqları olan Rusiya və İran üçün də böyük məğlubiyyətdir. Çünki Rusiya üçün prioritet Ukraynadır. Bu, bizim üçün də çox təhlükəlidir, Rusiya Qafqazda da eyni seçimi edə, geri çəkilə bilər”.

Xaçikyan iddia edir ki, Suriyada baş verənlər Zəngəzur bölgəsinin taleyinə həlledici təsir göstərən əsas amillərdən biri ola bilər. Onun fikrincə, Türkiyə Suriyada hər şeyi qaydasına qoyduqdan sonra Zəngəzur hədəfinə doğru irəliləyəcək: “Bizə deyirlər, növbə sizindir, Zəngəzura gəlirik. Bizim tərəfimizdə dayanan sonuncu ölkə - İran da təhlükədidir. Çünki Tramp İrana sarsıdıcı zərbələr endirə bilər. Bu isə Ermənistan üçün İranın dəstəyinin də itirilməsi deməkdir”.

Elxan SALAHOV

Oxşar xəbərlər