Bu sözləri Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.
Konfransda 52 ölkədən 100-dən çox nümayəndənin iştirak edəcəyini deyən Ü.Zülfiqar bildirib: “Onların arasında 8 ölkədən 12 parlament üzvü, 2 ölkənin prezidentinin və 1 ölkənin vitse-prezidentinin müşavirləri, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzinin və akademiyanın təsisçisi, rəhbər şəxsi və ya əməkdaşı, 11 ölkədən 12 beynəlxalq araşdırma institutun rəhbəri və ya eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas və hüquq müdafiəçisi 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər və iş adamları yer alır”. (AZƏRTAC)