Bunu Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz üzrə idarəsinin rəhbərinin müavini, səfir Ayşe Üzer söyləyib.
Türkiyəli diplomat xatırladıb ki, Cənubi Qafqaz uzun onilliklər boyu “tarixi problemlərin qaranlığında olan region” kimi qəbul edilirdi. “Cənubi Qafqaz ölkələri mövcud imkanlardan istifadə edə bilmirdi, xalqlar bir-birindən ayrılmışdı, qanlar tökülürdü”, – deyə A.Üzer vurğulayıb və bunun fonunda rəsmi Bakının irəli çəkdiyi sülh gündəmini yüksək qiymətləndirib.
“Bu gün Ankara qardaş Azərbaycanı bütün platformalarda dəstəkləyərək sülh prosesinə konstruktiv töhfə vermək səylərini davam etdirir”, – deyə diplomat Türkiyə və Azərbaycanın vəhdətinin sarsılmaz olduğunu xüsusi vurğulayıb.(AZERTAC)