Bu sözləri Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransın “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması” adlı panel müzakirəsində söyləyib.
O bildirib ki, Qarabağda tarixi abidələr və məscidlər dağıdılıb, nəsillər arasında olan tarixi yaddaşı məhv etmək məqsədilə planlı fəaliyyətlər həyata keçirilib.
"Regionda qalmış infrastruktur və sosial obyektlərin əhəmiyyəti böyükdür. Bu obyektlərin vəziyyətinin yoxlanması, təmir və bərpası tədbirləri həyata keçirilir”, - deyən M.S.Sajid vurğulayıb ki, Azərbaycan icmaları öz torpaqlarına ədalətli və ləyaqətli şəkildə geri dönməlidirlər. (AZƏRTAC)