19.12.2024, 21:43
AZ EN
19.12.2024, 17:52 5

İcma: Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır

XƏBƏRLƏR
  • Fransanın Azərbaycandakı səfiri Ann Buayonun açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borelin “Avropa bağdır, qalan dünya isə cəngəllik” məzmunlu irqçi tezisinin davamıdır.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Məlumatda qeyd olunub ki, bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir.

"Son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri “söz azadlığı”, “fikir müxtəlifliyi”nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq. Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı “dahiyanə” tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti həmkarında olduğu kimi çox uğursuz alınmışdır", - bəyanatda deyilir. (Report)

Oxşar xəbərlər