Anadolu agentliyi, “TRT Haber”, “Haber Global”, “NTV” və başqa telekanallar, “Milliyet”, “Hurriyet”, “Takvim” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları işğalçı dövlətin hərbi təxribatları barədə geniş və əhatəli məlumatlar yayıblar.
Proses barədə rəsmi xəbər yayılandan dərhal sonra informasiyaları dünya ictimaiyyətinə operativ qaydada çatdırmağa başlayan Türkiyə mediası yazır ki, qarşıdurmanın əsas səbəbi Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması və genişmiqyaslı təxribatlardır. Diqqətə çatdırılır ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın gördüyü əks tədbirlər lokal xarakter daşıyır və hərbi hədəflərə qarşı yönəlib. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakterli olmaqla Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Media qurumları bildirir ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. (AZƏRTAC)