18.01.2026, 15:31
AZ EN
03.12.2025, 13:57 260

Paşinyandan onu xəyanətkar adlandıranlara cavab

XƏBƏRLƏR
  • "Danışıqlar paketi yayımlandı, indi isə eyni, köhnəlmiş narrativlər səslənir. Mən bir şeyi deyim: müxalifət danışıqlar prosesi barədə nə deyir-desin, hörmətli dostlar, 30 ildən artıq hakimiyyətdə olmuşdunuz, belə fürsətlər var idisə, niyə həll etmədiniz? Həqiqətən də, müxalifətin dediyi kimi, Ermənistanın maraqlarına uyğun həll imkanı var idisə, niyə etmədiniz?"

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən hökumət tərəfindən yayımlanan Qarabağ danışıqlarına dair paketlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Paşinyan onu xəyanətkarlıqda günahlandıran keçmiş prezidentlər Robert Köçəryan və Sej Sərkisyanın ittahamlarına da cavab verib: "İndi bizi niyə xəyanətkar adlandırırsınız? Sizdən böyük satqın yoxdur. Bütün bunlar sadəcə manipulyasiya idi. 2018-ci ildə baş nazir olarkən ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşısında məsələ qoydum, dedim ki, mən başa düşmürəm, bu sənədlərdən hansısı indiki danışıqlar prosesinin başlanğıc nöqtəsidir, əvvəlki dövrün yekunu hansıdır, hansı sənəd qısa xülasədir? 2019-cu ilin iyun sənədi bu idi, soruşdum ki, əvvəlki dövrün qısa xülasəsi hansıdır? Bunu əvvəlki dövrün danışıqlar xülasəsi kimi təqdim etdilər və bu kontekstdə də mən sual verdim”.

Erməni Baş nazir 2019-cu il sənədinə toxunaraq qeyd edib ki, həmin ilin iyununda təqdim edilmiş təklif ətrafında aparılan danışıqlarda heç vaxt olmadığığı qədər açıq və aydın suallara cavab istənilib: "Mən bu kontekstdə sual verdim ki, sizin şərhiniz mənə maraqlıdır, bu paketlə Qarabağ Azərbaycanın tərkibində olmaya bilərmi? Çox açıq cavab verildi ki, bəli, əgər Azərbaycan razılaşsa, mümkündür".

Nikol Paşinyan əlavə edib ki, artıq bütün bunlar nəinki dünya ictimaiyyətinə, həm də Ermənistandakı siyasətçilərə və erməni xalıqna məlum olan məsələlərdir. Buna görə də o, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı debatlara dəvət etmir: "Niyə dəvət edim? Artıq debat üçün heç nə qalmayıb, oxusunlar, danışsınlar, oxusunlar, danışsınlar. Ermənistanı elə bir yerdən çıxarmışıq ki, bütün istiqamətlərdə ölkənin qarşısında perspektiv açılıb. Artıq Ermənistan və erməni xalqı öz suveren iradəsi ilə qərar verə bilər ki, hansı istiqamətdə inkişafın hansı baxışını seçir".

Xatırladaq ki, Ermənistan hökuməti dekabrın 2-də münaqişə dövründə Qarabağla bağlı aparılan danışıqlara dair 13 sənəd yayımlayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər