O, bunu "X"dəki səhifəsində yazıb.
"Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edirik. Bizim ölkələr üçün bu gün azadlıq uğrunda mübarizəni, həmçinin birliyin gücünü və müstəqillik iradəsini simvolizə edir", – deyə diplomat qeyd edib.
Qeyd edək ki, Çexiya və Slovakiyada 17 noyabr azadlıq və demokratiya uğrunda Mübarizə günü kimi qeyd olunur. Bu gün 1939-cu ildə nasistlərin repressiyalarına qarşı tələbə etirazlarının və 1989-cu ildə Məxməri inqilabın başlanmasının xatirəsinə həsr olunub. (Report)