19.11.2025, 16:45
AZ EN
15.11.2025, 13:53 113

Ədliyyə Akademiyasının rektoru: Bir çox beynəlxalq aktlara istinad edərək, Ermənistana qayıdış hüququ mümkündür

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Konstitusiyası bəyan edir ki, Azərbaycan 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikasının hüquqi varisidir. O dövrdə hazırlanmış xəritə beynəlxalq təşkilatlara təqdim olunub və 1918-ci ildə Azərbaycan, Ermənistan və Türkiyə arasında bağlanmış Batum müqaviləsi ilə təsdiq edilib.

Bu barədə Ədliyyə Akademiyasının rektoru, hüquq üzrə fəlsəfə doktoru Şahin Əliyev “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

O deyib ki, bir çox beynəlxalq aktlara istinad edərək, Ermənistana qayıdış hüququ mümkündür. "Beynəlxalq hüquqla bağlı məsələlərdə hüquqi aktlar və həqiqətlər nəzərə alınmalıdır. Bu hüquqlar və həqiqətlər yazılı hüquqdan daha yüksək əhəmiyyətə malikdir və bütün inkişaf etmiş ölkələrin hüquqi təcrübəsini, bəşəriyyətin ümumi hüquqi təcrübəsini əks etdirir", - deyə Şahin Əliyev əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər