Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Qərbi Azərbaycan məsələsinə həsr olunmuş müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qərbi azərbaycanlıların torpaqlarına qayıtması həm Azərbaycan Konstitusiyası, həm də beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində aktual və zəruridir:
"Eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların hüquqlarının qorunması, onların öz tarixi torpaqlarına qayıtması, əcdadlarımızın bizə miras qoyduğu coğrafiyada mədəniyyətimizin yenidən dirçəldilməsi hər bir azərbaycanlının həm arzusu, həm də haqqıdır". (Report)